hia.az
hia.az

ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var

1 dəfə baxılıb Bugün, 12:29

ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var


Mərkəzi Pensilvaniyada (ABŞ) kiçik təyyarə və ştat polisinin helikopterinin toqquşması nəticəsində bir nəfər həlak olub, iki polis əməkdaşı yaralanıb.

Bu barədə ABŞ mediası Federal Mülki Aviasiya İdarəsinə (FAA) istinadən məlumat yayıb.

"Bu gün Karlayl hava limanında "Cessna 150H" təyyarəsi Pensilvaniya ştatı polisinin "Bell 407GX" helikopteri ilə toqquşub. Helikopter planlı təlim əməliyyatı həyata keçirirdi və uçuş-eniş zolağına enmişdi. "Cessna" helikopterin ardınca zolağa daxil olarkən arxadan ona çırpılıb", - FAA-dan bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi