Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəl olan səviyyədə Hörmüz boğazında gəmiçiliyi bərpa etməyin və münaqişə tərəfləri arasında "şantaj"a son qoymağın zəruriliyini qeyd edib.
Bu barədə nazir Misirin Əl-Alameyn şəhərində keçirilən yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu müharibənin fəsadları təkcə Fars körfəzi regionu üçün deyil, dünyanın digər hissələri üçün də ciddi olub", - şeyx Məhəmməd deyib.
Onun sözlərinə görə, müharibədən əvvəl mövcud olmuş vəziyyəti bərpa etmək lazımdır.
"Biz vəziyyəti əvvəlki halına qaytarmalıyıq. Biz bununla bağlı istənilən təhdidləri və istənilən maneələri pisləyirik", - Qətərin XİN rəhbəri bildirib.
13-10-2026, 14:44 Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir
13-10-2026, 12:46 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
30-09-2026, 15:46 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib