hia.az
hia.az

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

20 dəfə baxılıb 22-08-2026, 12:56

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

"Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək".

Bu barədə AYNA məlumat yayıb.

Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami”metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq. Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi