hia.az
hia.az

Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək

0 dəfə baxılıb Bugün, 17:03

Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək


Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması hədəflənir.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Eyni zamanda Proqramda dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi məqsədilə Bakı–Naxçıvan– Bakı istiqaməti üzrə qeyri-müntəzəm (çarter) uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi, turoperatorlara turizm zərfinin satışı şərtilə Bakı–Naxçıvan–Bakı reysi üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması yer alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi