hia.az
hia.az

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

0 dəfə baxılıb Bugün, 10:24

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 18-i saat 10:00-da Şəmkir rayon Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə agentllik məlumat yayıb.

Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi