hia.az
hia.az

Ukrayna Hikmət Hacıyevi təltif etdi

0 dəfə baxılıb Bugün, 18:13

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat qeyd edib ki, V.Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.

"Təltif edilənlər arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var, o, III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik", - səfir yazıb.

Hikmət Hacıyevin ordenlə təltif edilməsi haqqında fərman Ukrayna Prezidentinin saytında da dərc olunub.

Sənədə əsasən, H.Hacıyev və digər dövlətlərin bir sıra rəsmi şəxsləri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə verdikləri mühüm şəxsi töhfəyə görə yüksək mükafata layiq görülüblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi