hia.az
hia.az

Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi

15 dəfə baxılıb 7-07-2026, 13:00

Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi

NATO-nun Ankara sammitinin ən çətin hissəsi ABŞ Prezidenti Donald Trampı bu tədbirdə iştiraka razı salmaq idi.

"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Ankara Zirvəsindən Sonra Avropa Təhlükəsizliyi: Avropada NATO Müttəfiqləri arasında Əməkdaşlığın Gücləndirilməsi" adlı tədbirdə edərkən deyib.

Nazir qeyd edib ki, bu məsələ artıq həll olub.

H.Fidan bildirib ki, D.Trampın tədbirdə iştirakı ABŞ ilə Avropa arasında gərginliyin aradan qaldırılması üçün vacibdir:

"Avropa təhlükəsizliyi yalnız Avropa İttifaqı çərçivəsində həll edilə bilməz və güclü müdafiə sənayesi, diplomatik potensialı və NATO-dakı mövqeyi ilə Türkiyə Avropa təhlükəsizliyinin mərkəzi aktorlarından biridir. Daha vahid yanaşma tələb edilməlidir və Türkiyə bu kontekstdə mərkəzi rolunu oynayır".

H. Fidan, Türkiyə və Böyük Britaniya kimi güclü müdafiə sənayesinə malik ölkələrin də Avropa təhlükəsizliyi çərçivəsində müdafiə əməkdaşlığında təbii və zəruri aktorlar kimi qəbul edildiyini söyləyib:

"Avropa ABŞ-nin yük bölgüsü ilə bağlı xəbərdarlıqlarını psixoloji təzyiq və ya təhdid kimi görməməlidir və Avropa daha çox məsuliyyət daşımalıdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi