hia.az
hia.az

Qubada dəhşətli qəza: ölənlərdən biri boksçu imiş - YENİLƏNİB + FOTO/VİDEO

295 dəfə baxılıb 11-01-2019, 13:25

Qubada dəhşətli qəza: ölənlərdən biri boksçu imiş - YENİLƏNİB + FOTO/VİDEO
Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərdən biri boksçu olub.

hia.az xəbər verir ki, Coşqun Qasımov yeniyetmələr arasında Azərbaycan çempionu imiş.

16:33

Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı dörd nəfərə çatıb.

hia.az-ın Qafqazinfo-ya istinadən xəbərə görə, qəza nəticəsində xəsarət alaraq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Ramin Əlfəddin oğlu Seydəhmədov orada dünyasını dəyişib.

Xalaoğlu olan Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu isə hadisə yerində dünyasını dəyişmişdi. 10-cu sinif şagirdi olan xalaoğlular repetitor yanına gedirmişlər.

Qəzada ölən dördüncü şəxs isə Xaçmaz sakini, 32 yaşlı Nahid Məmmədovdur.

13:46

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

hia.az Report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman üç nəfər Xaçmaz rayon sakini - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov və Nahid Teymur oğlu Məmmədov ölüb.

10:43

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hia.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi