hia.az
hia.az

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

4 dəfə baxılıb Bugün, 15:30

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Rosatom"un baş direktoru Aleksey Lixaçovla İrəvanda keçirilən görüşdə aparılıb.

Bildirilib ki, "Rosatom" Ermənistana müxtəlif güc diapazonlarında, o cümlədən böyük, orta və kiçik güclü enerji blokları daxil olmaqla, sınaqdan keçirilmiş atom texnologiyaları təklif edir.

Bundan başqa, A.Lixaçov danışıqlar zamanı N.Paşinyana Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzrə işlərin birinci mərhələsinin başa çatması barədə məlumat verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi