Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus Bakıya səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
Bu barədə Belarusun Dövlət Hərbi Sənaye Komitəsi "Telegram" kanalında məlumat yayıb.
Görüş zamanı texnologiya mübadiləsi və müasir hərbi təyinatlı məhsulların qarşılıqlı tədarükünün genişləndirilməsi məsələləri müzakirə edilib.
Bildirilib ki, Dmitri Pantus “ADEX-2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıda səfərdədir.