hia.az
hia.az

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

29 dəfə baxılıb 25-09-2026, 16:44

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan "Newsweek" jurnalının suallarını cavablandırarkən söyləyib.

O bildirib ki, Türkiyə, Asiya ilə Avropanı bir-birinə bağlayan Xəzər Keçidli Şərq-Qərb Orta Dəhlizinin qlobal logistika və ticarətdə daha böyük rol üzərinə götürməsini önəmsəyir:

"Eyni zamanda Bəsrə Körfəzini Türkiyə və Türkiyə üzərindən Avropaya bağlayacaq olan İnkişaf Yolu Layihəsini İraqla birlikdə həyata keçirir, bir tərəfdən də Suriya, İordaniya və Səudiyyə Ərəbistanına yeni bir dəmir yolu və avtomobil yolu bağlantısı baxışını ortaya qoyur".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi