hia.az
hia.az

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

4 dəfə baxılıb Bugün, 15:15

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşların etibarından sui-istifadə edərək onların 32 128 manat pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxs bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və "golfcar"la təmin edəcəyi adı ilə 3400 manat alıb. E.Vəliyev, həmçinin dəyəri 19 min manat olan "golfcar" nəqliyyat vasitəsinin ödənişini sonradan edəcəyi vədi ilə əldə edərək sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.

Aparılan araşdırmalarla onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilərək hazırlanan şəkillər də aşkarlanıb. Müəyyən edilib ki, E.Vəliyev bu şəkillərdən istifadə etməklə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu üsulla zərərçəkənlərin etimadını qazanıb.

E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi