hia.az
hia.az

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

3 dəfə baxılıb Bugün, 10:32

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən biri ölkə ilə şəxsən tanış olmaq və yalnız biznes nümayəndələrinin deyil, insanların da fikirlərini eşitmək imkanıdır.

"Bu günlərdə onlar istənilən insandan ölkə haqqında nə düşündüyünü, onun necə inkişaf etdiyini, düzgün istiqamətdə gedib-getmədiyini soruşa və müstəqil şəkildə öz fikirlərini formalaşdıra bilərlər", - İlham Əliyev vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi