hia.az
hia.az

Hesablama Palatasının nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

235 dəfə baxılıb 28-12-2018, 12:42

Hesablama Palatasının nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunubAzərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub. Onlar arasında ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi” mövzusunda təhlilə dair; Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair auditor hesabatları yer alıb.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib.

Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilin, cari məsələlərə baxılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi