hia.az
hia.az

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

16 dəfə baxılıb 13-08-2026, 10:18

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirəcək yeni dördzolaqlı avtomagistralların inşası üzrə beynəlxalq tenderin müddəti 10 gün uzadılıb.

Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib.

İyulun 7-də elan edilmiş və avqustun 14-də başa çatması planlaşdırılan tender üzrə təkliflərin təqdim edilməsi üçün son tarix 24 avqust müəyyən edilib.

Qeyd edək ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək. Ümumi uzunluğu 61,3 kilometr olacaq yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi