hia.az
hia.az

"Barselona" 300 minə alınan futbolçunu 75 milyona transfer edir

327 dəfə baxılıb 14-01-2019, 14:14

"Barselona" 300 minə alınan futbolçunu 75 milyona transfer edir
"Barselona" transfer çalışmalarını davam etdirir.

Fanat.az xəbər verir ki, "Valensiya"dan Jeyson Murillonu icarəyə götürən, "tuluza"dan Jean Klair Todibonu transfer edən Kataloniya klubu "Ayaks"ın gənc ulduzu Frenki de Yonqun keçidini elan etməyə hazırlaşır.

"El Mundo Deportivo"nun "De Yonq, "Barselona"ya hə dedi" başlığı ilə yayımladığı xəbərdə bildirilir ki, 21 yaşlı yarımmüdafiəçi kataloniyalılarla anlaşma əldə edib. Qeyd edilir ki, "Barselona" "Ayaks"ın 21 yaşlı ulduzunu "Bavariya", "Mançester Siti", "Yuventus" və PSJ kimi klubların əlindən alıb.

De Yonq mövsümün sonuna qədər "Ayaks"da qalacaq və yayda "Barselona"ya qoşularaq 5 illik anlaşma imzalayacaq. Kataloniyalılar bu futbolçu üçün Hollandiya klubuna 75 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Ayaks"ın 2015-ci ildə "Villem II"dən 300 min avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 60 milyon avro qiymət qoyub. O, cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi