hia.az
hia.az

Bakıda piyada zolağının qarşısı hasara alınıb - VİDEO

263 dəfə baxılıb 3-12-2018, 12:10

Bakıda piyada zolağının qarşısı hasara alınıb - VİDEO
Bakıda piyada zolağının qarşısı dəmir məhəccərlərlə hasara alınıb. Nəticədə piyada zolağından istifadə edən vətəndaşlar ya məcbur qalıb məhəccərlərin üzərindən tullanmalı olur, ya da ki, yolun hərəkət hissəsindən keçirlər. Bəzi piyadalar isə məcbur qalıb yolun hərəkət hissəsindən istifadə edirlər. Nəticədə də onların həyatı üçün təhlükə yaranır.

Unikal.org-un xezerxeber-ə istinadən məlumatına görə, söhbət Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən gedir.

Araşdırma zamanı məlum olub ki, ərazinin dəmir məhəccərlərlə hasara alınmasını Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həyata keçiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev əraziyə yenidən baxış keçiriləcəyini və problemin tezliklə həll olunacağını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi