hia.az
hia.az

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

3 dəfə baxılıb Bugün, 15:12

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Orta Dəhlizin rəqabət qabiliyyətliliyini yalnız ayrı-ayrı infrastruktur obyektlərinin təkmilləşdirilməsi ilə məhdudlaşdırmaq deyil, hərtərəfli şəkildə qiymətləndirmək lazımdır.

Bunu Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Pərhat Yağşıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

"Orta Dəhlizin rəqabət qabiliyyətliliyinə kompleks şəkildə baxılmalıdır. Bu, təkcə infrastrukturun ayrı-ayrı sahələrinin yaxşılaşdırılmasına deyil, həm də vahid, əlaqələndirilmiş və proqnozlaşdırıla bilən nəqliyyat-logistika sisteminin formalaşdırılmasına aiddir", - o qeyd edib.

P.Yağşıyev marşrutun inkişafının əsas prioritetləri sırasında dəmir yolu və avtomobil magistralları, limanlar və terminallar daxil olmaqla, fiziki infrastrukturun modernləşdirilməsini, həmçinin onların buraxılış qabiliyyətinin artırılmasını göstərib.

Bundan əlavə, Türkmənistan nazirinin müavini yükdaşımaların sürətinin artırılması və proqnozlaşdırıla bilməsinin təmin edilməsinin vacibliyinə diqqət çəkib: "Bu vəzifənin həyata keçirilməsi üçün tarif siyasətinin, hərəkət qrafiklərinin və yüklərin işlənməsi prosedurlarının razılaşdırılmasını davam etdirmək lazımdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi