İranın körfəzdəki əsas neft ixrac terminallarından birinin yerləşdiyi Xark adası ərazisində partlayış səsləri eşidilib.
Bu barədə İran KİV-i bildirib.
Məlumata görə, sentyabrın 5-də Xark adası rayonunda bir neçə partlayış baş verib.
Bildirilib ki, partlayışların mənbəyi hələ ki müəyyən edilməyib.
İran mediasının iddiasına əsasən, ABŞ Xark adası sahillərində neft tankerinə zərbə endirib, ölən olmayıb.