hia.az
hia.az

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

2 dəfə baxılıb Bugün, 09:27

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb


"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi Norveçin "Vikinq" klubu "transfer pəncərəsi"nin son günündə heyətini 3 yeni futbolçu ilə gücləndirib.

Komanda Essyen Bassey, Erik Botheym və Henrik Byordalı heyətinə cəlb edib.

19 yaşlı niderlandlı müdafiəçi E.Bassey PSV klubundan transfer olunub. O, 2022-ci ildən Eyndhoven təmsilçisində çıxış edib. Gənc oyunçu Niderlandın aşağı yaş qrupları üzrə millilərinin də formasını geyinib.

İsveçin "Malmö" klubundan transfer edilən hücumçu E.Botheym isə sözügedən ölkənin çempionatında keçirdiyi 19 matçda 10 qol vurub.

29 yaşlı H.Byordal Norveçin digər təmsilçisi "Volerenqa"dan transfer olunub.

Hər üç futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Vikinq" - "Sabah" matçı noyabrın 4-də baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi