hia.az
hia.az

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

5 dəfə baxılıb Dün, 16:03

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib


Livanın cənubunda yenidən alovlanan İsrail-"Hizbullah" qarşıdurması fonunda davam edən hərbi toqquşmalar mina fəaliyyəti əməliyyatlarına da təsir göstərib.

Bunu Livan Mina Təmizləmə Mərkəzinin (LMAC) Logistika və inzibati şöbənin rəhbəri və gender əlaqələndiricisi Vəcdi Caber Hayder "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən "Ölkə üzrə təqdimatlar: Milli humanitar mina fəaliyyətində öyrənilən təcrübələr və dərslər" panel sessiyasında deyib.

Onun sözlərinə görə, Livanın cənubunda münaqişənin yenidən alovlanması fonunda LMAC minatəmizləmə qruplarını münaqişədən təsirlənən ərazilərdən daha yüksək prioritetli və girişi mümkün olan bölgələrə yönləndirib:

"Qrupların yenidən yerləşdirilməsi zamanı risk qiymətləndirilməsi, ərazilərə çıxış imkanları, mina və digər partlayıcı qurğularla çirklənməyə dair sübutlar, həmçinin zərərçəkən icmaların ehtiyacları nəzərə alınıb".

V.C.Hayder LMAC-ın böhran şəraitində minatəmizləmə əməliyyatlarını davam etdirdiyini, eyni zamanda beynəlxalq və milli mina fəaliyyəti standartları, keyfiyyət təminatı və təhlükəsizlik tələblərini qoruduğunu bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi