hia.az
hia.az

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

4 dəfə baxılıb Dün, 17:53

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
İrəvanın Birinci İnstansiya Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Q.Tsarukyanın vəkili Emin Xaçatryan bildirib.

"Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb. Biz bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik", - E.Xaçatryan bildirib.

Xatırladaq ki, bu ilin iyulunda Qaqik Tsarukyan həbs edilib. Hüquq-mühafizə orqanları onun şəxsi iqamətgahında, eləcə də onunla və ailəsi ilə əlaqəli bir sıra şirkətlərdə və digər obyektlərdə axtarışlar aparıb. Q.Tsarukyana qarşı külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Daha sonra ora vergidən yayınma ittihamları da əlavə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi