hia.az
hia.az

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

4 dəfə baxılıb Dün, 18:18

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Bununla yanaşı, 1500-dən artıq abituriyent ixtisas seçimi edib öz ərizələrini yadda saxlasalar da onu təsdiq etməyiblər. Həmin abituriyentlərin “Şəxsi kabinet”lərində qeyd olunan mobil telefon nömrələrinə bu haqda “SMS” xəbərdarlıq göndərilib. Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ərizəsini təsdiq etməyən abituriyentlərə tövsiyə edirik ki, qeyd olunan vaxtadək ərizələrini təsdiq etsinlər. Sabah bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq.

Bundan əlavə qeyd edirik ki, hər bir abituriyent yenidən öz elektron ixtisas seçimi ərizəsinə daxil olub ərizənin təsdiq olunub-olunmadığını yoxlaya bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi