hia.az
hia.az

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

5 dəfə baxılıb Dün, 18:50

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

Keniyada Ololokve dağında "Eurocopter" helikopterinin qəzaya uğraması nəticəsində 6 turist və bir pilot da daxil olmaqla 7 nəfər ölüb.

Bu barədə yerli media polisə istinadən məlumat yayıb.

Məlumata görə, helikopter "Lady Lori" çarter şirkəti tərəfindən istismar olunurdu və Laykipiya dairəsindəki Soyan fermasından Keniyanın mərkəzi hissəsində yerləşən Loysaba qoruğuna uçurdu.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

14:02

Keniyada göyərtəsində 7 əcnəbi turistin olduğu helikopter qəzaya uğrayıb.

Hadisə Samburu dairəsində, Ololokve dağı yaxınlığında baş verib.

Turistlərin vətəndaşlığı, göyərtədə olan insanların dəqiq sayı və ölənlərin olub-olmaması hələ ki dəqiqləşdirilməyib. Yerli sakinlər və xilasedici komandalar hadisə yerinə yollanıblar.

Ərazidə yanğın baş verdiyi bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi