hia.az
hia.az

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

24 dəfə baxılıb 18-08-2026, 11:33

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

Rusiyanın sutka ərzində Ukraynanın regionlarına endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bu barədə Ukraynanın yerli hakimiyyət orqanları və fövqəladə hallar üzrə xidmətləri məlumat yayıb.

Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhərini 300 mm çaplı "Tornado-S" reaktiv yaylım atəşi sistemindən atəşə tutub. Hücum nəticəsində 5 nəfər, o cümlədən 9 yaşlı oğlan xəsarət alıb.

Bundan başqa, Rusiyanın Çerniqov vilayətinin Koryukovka rayonuna endirdiyi iki zərbə nəticəsində 59 yaşlı qadın xəsarət alıb.

Rusiya qoşunları sutka ərzində Zaporojye vilayətinin 59 yaşayış məntəqəsinə hücum edib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Həmçinin yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinin zədələnməsi barədə 73 məlumat daxil olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi