hia.az
hia.az

Azərbaycanda maye qaz bahalaşdı - VİDEO

276 dəfə baxılıb 23-01-2019, 11:31

Azərbaycanda maye qaz bahalaşdı - VİDEO
Gəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb. Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.

Unikal.org Xezerxeber.az-ıa istinadən məlumat verir ki, yanacaqdolurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur.

Analoji hadisə Şəkidə də müşahidə edilir. Burda isə vətəndaşlar maye qazın 10 qəpik bahalaşdığını deyir.

Qaz satışı ilə məşğul olan şirkətin məsul əməkdaşı bildirir ki, qiymətlərin paytaxtdakı 45 qəpiklik qiymət əvəzinə 55 qəpiyə satılmasının bir sıra səbəbləri var.

İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, maye qazın topdan satışının qiyməti dövlət tərəfindən tənzimlənir. Bir ton qazın topdan satış qiyməti 300 manatdır. Ancaq qazın pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də daşınma xərclərindən asılı olaraq müxtəlif bölgələrdə maye qazın qiyməti fərqli ola bilər.

Ancaq maraqlısı budur ki, yanvar ayında maye qazın pərakəndə satış qiymətinin artması üçün heç bir qiymət artımı və ya rüsum dəyişikliyi olmayıb. Bu yerdə sual yaranır: Bəs maye qazın satışında son bir ayda baş verən bahalaşmaya səbəb nədir?

İqtisadiyyat Nazirliyi və SOCAR qiymət artımını şərtləndirəcək hansısa hadisənin baş vermədiyini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi