hia.az
hia.az

Güclü külək Bakını cənginə alıb - YENİLƏNİB + VİDEO

271 dəfə baxılıb 17-01-2019, 13:17

Güclü külək Bakını cənginə alıb - YENİLƏNİB + VİDEO
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28-36 m/s təşkil edir.

Bu barədə hia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Məlumatda qeyd edilib ki, dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir:

“Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyəyədək şiddətlənib.

09:00

Bu barədə hia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Dalğanın hündürlüyü “Günəşli” yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir

07:19

Bakıda əsən şimal-qərb küləyinin sürəti saniyədə 24 metrə çatır, Abşeron yarımadasında isə saniyədə 26 metr, arabir 30 metrə qədər şiddətlənir.

Bu barədə hia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Dalğaların hündürlüyü “Günəşli” yatağında 3,8 metr təşkil edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi