hia.az
hia.az

Varşava yaxınlığında ukraynalıları daşıyan avtobus aşıb, çoxlu sayda yaralı var

108 dəfə baxılıb 29-04-2025, 12:10

Varşava yaxınlığında ukraynalıları daşıyan avtobus aşıb, çoxlu sayda yaralı var

Varşavanın Frederik Şopen adına hava limanı yaxınlığında iki ağır qəza baş verib.

Bu barədə “RBK-Ukrayna” “RMF24”ə istinadən bildirib.

Qəzalardan birində ukraynalıların olduğu avtobus aşıb.

Ümumilikdə 16 nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. Hazırda iki nəfərin ağır yaralandığı məlumdur.

Nəşrin yazdığına görə, əvvəlcə aralarında Ukrayna və Belarus vətəndaşlarının da olduğu 26 nəfəri daşıyan şəhərlərarası avtobus aşıb.

İkinci qəza isə xilasedicilər gəldikdən sonra baş verib - yük maşınının yanğınsöndürmə briqadasının avtomobilinə çırpılması nəticəsində hər iki sürücü xəsarət alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi