hia.az
hia.az

Moskva Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verdi

111 dəfə baxılıb 29-04-2025, 14:27

Moskva Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verdi

Rusiya tərəfi Ukrayna prezidenti Vladimir Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verib.

Söügüdən təklifə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bütün nüansları tənzimləmədən bu mümkün deyil.

Aprelin 28-də məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Böyük faşizm üzərində qələbənin 80 illiyi münasibətilə mayın 8-nə keçən gecədən 11-i gecə yarısına qədər atəşkəs elan edib.

Buna cavab olaraq Vladimir Zelenski ən azı 30 gün atəşkəs təklif etdi.

Peskov jurnalistlərə deyib: "Əgər belə uzunmüddətli atəşkəsdən danışırıqsa, o zaman prezident Vladimir Putinin Kremldə danışdığı nüanslar burada vacibdir. Həmin suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə getmək çətindir. Prezident Putin bu barədə danışıb, biz o sözləri hər dəfə xatırlamalıyıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi