hia.az
hia.az

Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi

125 dəfə baxılıb 27-10-2023, 06:05

Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi


Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri "Unuda bilmirəm" mahnısını təqdim ediblər.

Musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq yutub platformasına yerləşdirilib. "Unuda bilmirəm"ə rejissor Alvin Mahmudov ekran həyatı verib.

"Bir il idi ki, "Retrock" albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu", - Mərdan bildirib.

Qeyd edək ki, "Unuda bilmirəm" Mərdan Kazımovun "RETROCK" albomunda yer alıb.(Publika.az)

Xatırladaq ki, sözügedən ifa ilk dəfə Xalq artistinin qızı, aparıcı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanında təqdim olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi