hia.az
hia.az

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər arasında NARAZILIQ

262 dəfə baxılıb 21-04-2022, 11:58

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər arasında NARAZILIQ


Gəncə şəhərində sinif yoldaşına bıçaqla xəsarət yetirən qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub. Hazırda valideynlər məktəbə gələrək şagirdin məktəbi tərk etməsini istəyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb:

“Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi