hia.az
hia.az

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində Proqram hazırlanıb

347 dəfə baxılıb 23-01-2019, 15:14

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində Proqram hazırlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Proqramda bu il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, eləcə də ölkə daxilində müalicə olunmalarına kömək göstərilməsi, onlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi kimi tədbirlər yer alır.

Sənəddə, həmçinin həmin qrupa daxil olanlar arasında idman tədbirlərinin təşkil edilməsi, habelə onların beynəlxalq yarışlarda iştirak etməyi üçün şərait yaradılması, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi yardımların göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yönələn bir sıra layihələrin həyata keçirilməsi, sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi və s. tədbirlər də əks olunub.

Proqramda 2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi