hia.az
hia.az

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

15 dəfə baxılıb 16-07-2026, 12:29

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

Ermənistan hökuməti ABŞ ilə TRIPP layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib.

Bu barədə “News.am” məlumat yayıb.

Saziş Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi üzərindən birləşdirəcək nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur.

Sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb.

Konstitusiya Məhkəməsinin sazişin Ermənistan Konstitusiyasına uyğunluğu barədə müsbət rəy verməsindən sonra sənəd ratifikasiya üçün parlamentə təqdim ediləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin tam həyata keçirilməsi üçün tərəflər daha iki sənəd – səhmdarlar arasında sazişi və layihənin inkişafı üzrə şirkətin nizamnaməsini də imzalamalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi