hia.az
hia.az

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

16 dəfə baxılıb 21-07-2026, 17:29

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək.

Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.

Bəyanatda qeyd edilib ki, insan və narkotiklərin qanunsuz dövriyyəsi daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoq davam etdiriləcək.

Bəyannamədə iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın təşviqi, müdafiə akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdiriləcək.

Ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi aparılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi