hia.az
hia.az

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

3 dəfə baxılıb Dün, 11:37

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

Hindistan Ukrayna sahilləri yaxınlığında ticarət gəmisinə hücum nəticəsində dörd hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

"India Today"in verdiyi xəbərə görə, Hindistan Xarici İşlər Nazirliyi rusiyalı diplomata hadisə ilə bağlı kəskin etirazını bildirib və mülki ticarət gəmisinə hücumu qəbuledilməz adlandırıb.

Xatırladaq ki, Qvineya-Bisau bayrağı altında üzən “MV Golden Leo” gəmisi iyulun 19-da Odessa limanını tərk edərkən vurulub. Gəmidə beşi Hindistan vətəndaşı olmaqla 17 ekipaj üzvü olub. Hindistanlı dənizçilərdən dördü həlak olub, biri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa gəminin Ukraynanın dəniz dəhlizi ilə hərəkət edərkən Rusiya tərəfindən vurulduğunu bildirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum qanadlı raketlərlə həyata keçirilib.

Hadisədən sonra aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində gəmidəki 17 nəfərdən səkkizi xilas edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi