hia.az
hia.az

Mixail Boçarnikov: Rusiyanın təxminən 80 regionu Azərbaycanın bölgələri ilə sıx əməkdaşlıq edir

273 dəfə baxılıb 24-12-2018, 13:33

Mixail Boçarnikov: Rusiyanın təxminən 80 regionu Azərbaycanın bölgələri ilə sıx əməkdaşlıq edirAzərbaycan Respublikasının bölgələri ilə Rusiya Federasiyasının təxminən 80 regionu sıx əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov dekabrın 24-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib. Rusiyalı diplomat ikitərəfli münasibətlərdə regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin qorunub saxlanmasında dövlət başçılarının böyük rol oynadığını vurğulayıb. Səfir diqqətə çatdırıb ki, dostluq və tərəfdaşlıq, həmçinin mehriban qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında olan əməkdaşlığın bütün sahələrini əhatə edir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Humanitar, energetika, nəqliyyat, logistika sahələrində əməkdaşlıq genişlənir. Ticarət dövriyyəsinin artırılması üzrə işlər aparılır.

M.Boçarovun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər genişlənir və bütün istiqamətlərdə inkişaf edir. O, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluğunu ifadə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi