hia.az
hia.az

Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir

337 dəfə baxılıb 16-01-2019, 13:05

Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.

Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi