hia.az
hia.az

Ağsulu fermer hər hektardan 40-45 sentner taxıl götürməyi planlaşdırır

360 dəfə baxılıb 14-01-2019, 14:22

Ağsulu fermer hər hektardan 40-45 sentner taxıl götürməyi planlaşdırır
Ağsu rayonunun Nəmirli kəndindən olan Məzahir Ədilov ailəsinə məxsus fermer təsərrüfatında taxılçılıqla məşğuldur. Ailənin 10 nəfər üzvü var. Gələn ilin məhsulu üçün 30 hektarda payızlıq səpin aparan fermer son illər əsas diqqəti əkin sahəsinin artırılmasına yox, hər hektarda məhsuldarlığın yüksəldilməsinə yönəldib və bu sahədə uğurlu nəticə əldə etməkdədir.

Fermer AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bitkiçilikdə taxılçılıq ərzaq təhlükəsizliyi üçün ən önəmli sahədir. “Doğrudur, ailəmizdə tələbatımız üçün iribuynuzlu mal-qara, qoyun-keçi və toyuq-cücə də saxlayırıq. Lakin taxılçılıq fermer təsərrüfatımızda aparıcı sahədir. Məhsuldar toxum, texnika, becərmədə aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətli əməl olunması zəruri şərtlərdir. Bizdə özümüzə məxsus olan şum traktoru, səpin və becərmə texnikası da vardır”, – deyə M.Ədilov söyləyib.

Qeyd edək ki, hazırda fermerə məxsus sahələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Bunun üçün bitki mühafizə mərkəzindən mütəxəssis dəvət olunub və kifayət qədər dərman preparatı gətirilib.

Fermer cari mövsümdə hər hektardan 40-45 sentner taxıl götürmək əzmində olduğunu bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi