hia.az
hia.az

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

0 dəfə baxılıb Bugün, 10:07

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ


Kəlbəcərin İstisu ərazisində insanların təbii isti mineral sularda çimdiyini əks etdirən görüntülər son günlər sosial şəbəkələrdə geniş yayılıb.

Həmin paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır.

Məsələyə aydınlıq gətirmək üçün Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu ünvanladıq.

Xüsusi nümayəndəlikdən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir.

Vətəndaşlar bu sulardan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi