hia.az
hia.az

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

4 dəfə baxılıb Bugün, 09:51

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib.

Bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirilib", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi