hia.az
hia.az

"EurActiv" portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”

222 dəfə baxılıb 18-12-2018, 12:28

"EurActiv" portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" xəbər portalı dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilmiş görüş barədə “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir” adlı məqalə yayıb.

Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı 2018-ci il ərzində artıq ikinci dəfədir bu formatda görüşə ev sahibliyi edir. Prezident İlham Əliyev ilə görüşü zamanı NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkan olduğunu deyib və Azərbaycanın artıq ikinci dəfədir belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

Yazıda Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin görüşlə bağlı fikirlərinə də yer verilib: “Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır, əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır. Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi