hia.az
hia.az

"Azərbaycan iqtisadi inkişafına görə bir çox ölkələr üçün nümunədir" — Deputat

335 dəfə baxılıb 10-12-2018, 13:21

"Azərbaycan iqtisadi inkişafına görə bir çox ölkələr üçün nümunədir" — Deputat"Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühiti beynəlxalq tədqiqat institutlarının hesabatlarında yer alır. Bu baxımdan, İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı yeni “Qlobal Terrorçuluq İndeksi”ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

T.Rzayev deyib ki, İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı yeni hesabat Azərbaycanda sarsılmaz ictimai-siyasi sabitliyin mövcudluğunu bir daha təsdiq edir.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan həm iqtisadi inkişafına, həm də ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir:

"Bu gün Azərbaycanda dinamik inkişafı, sabitlik və təhlükəsizliyi təmin edən əsas amil həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursudur. Ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində qazandığı nailiyyətlərin, eləcə də aparılan islahatların müsbət nəticələrinin yüksək qiymətləndirilməsi aşkar reallıqdır. Bu gün Azərbaycanda regionda "sabitlik adası" hesab olunur. Təbii ki, bütün bunlar ölkəmizin gələcək inkişafı üçün də yaxşı zəmin yaradır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi