hia.az
hia.az

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

16 dəfə baxılıb 14-09-2026, 14:50

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

Rusiya ordusunun 51-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Sergey Milçakovun Ukraynanın Donetskdə Rusiya qüvvələrinin komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində öldüyü bildirilir.

Bu barədə bir sıra Rusiya və Ukrayna mediası və “Atesh” partizan hərəkatı məlumat yayıb.

Məlumata görə, Milçakovun avqustun 26-da Donetskdə Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinə endirilən raket zərbəsi nəticəsində ölməsi ehtimal olunur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 26-da və 27-nə keçən gecə Donetsk ərazisində Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinin havadan buraxılan raketlərlə vurulduğunu açıqlayıb.

Qərargah zərbələr nəticəsində Rusiyanın itkilərinin dəqiqləşdirildiyini bildirib.

Rusiya tərəfi Milçakovun öldüyü barədə məlumatı hələlik təsdiqləməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi