hia.az
hia.az

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

20 dəfə baxılıb 11-09-2026, 12:52

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iş yükündən narazı olan kimsəni məktəb direktoru işləməyə məcbur etmədiklərini deyib.

Təhsil işçilərinin sentyabr konfransında bildirib ki, məktəb direktoru vəzifəsini qəbul edən şəxs bu işin məsuliyyətini də üzərinə götürməlidir:

"Biz kimisə məktəb direktoru işləməyə məcbur etməmişik. Onlar bu peşəni könüllü seçib. Mən məktəb direktorlarını anlayıram. 2500 şagirdi olan bir məktəbin direktoru olmaq, təxminən, 2000 uşağın, yəni 2000 ailənin gəldiyi bir məktəbin rəhbəri olmaq heç də asan iş deyil. Bu, birmənalı olaraq çətin işdir. Amma siz bu işi görməyə qərar vermisinizsə, şikayət etməyin bir mənası yoxdur. Kömək, dəstək istəyə bilərsiniz, birlikdə işləyə bilərik. Ona görə də məktəb rəhbərliyinin bu məsələyə çox ciddi yanaşmalarını istəyirəm".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi