hia.az
hia.az

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

19 dəfə baxılıb 11-09-2026, 11:13

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb


İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Hadisə nəticəsində Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Rüstəmzadə Sərxan yüngül xəsarət alıb.

Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi