hia.az
hia.az

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

4 dəfə baxılıb Dün, 14:57

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Avropa Komissiyası bu gün "Patriot" sistemləri üçün ABŞ-nin PAC-3 raketləri də daxil olmaqla, hava hücumundan müdafiə (HHM) vasitələrinin, dronların və raketlərin alınması məqsədilə Avropa İttifaqının (Aİ) kreditindən Ukraynaya 6,1 milyard avronun ayrılmasını təsdiqləyib.

Bu barədə müdafiə üzrə Avropa komissarı Andryus Kubilyus jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş qərar Ukraynaya "Ukraine Support Loan" krediti vəsaitləri hesabına "Patriot" sistemləri üçün PAC-3 raketlərini almağa imkan verir. Xüsusilə, söhbət NATO tərəfindən əlaqələndirilən PURL ("Prioritised Ukraine Requirements List") mexanizmi vasitəsilə ABŞ avadanlıqlarının tədarükündən gedir.

Komissarın sözlərinə görə, bugünkü qərardan sonra "Ukraine Support Loan" çərçivəsində Ukraynanın müdafiə ehtiyaclarının maliyyələşdirilməsi məqsədilə 2026-cı il üçün nəzərdə tutulmuş 28,3 milyard avro bölüşdürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi