hia.az
hia.az

Azərbaycan və İran baş prokurorları arasında onlayın görüş

133 dəfə baxılıb 26-12-2023, 10:44

Azərbaycan və İran baş prokurorları arasında onlayın görüş


Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.
Azərbaycan və İran baş prokurorları arasında onlayın görüş


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi