hia.az
hia.az

Həftədə 4 gün işləmək stressi AZALDIR

21 dəfə baxılıb 20-12-2023, 13:09

Həftədə 4 gün işləmək stressi AZALDIR

Son bir neçə ildir müxtəlif ölkələrdə gündəmdə olan 4 günlük iş həftəsi təcrübəsi Portuqaliyada da sınanılıb. 

İyun ayından etibarən ölkədə pilot tətbiqə qatılan işçilər arasında aparılan sorğuda stress və yuxusuzluq problemlərinin yüzdə 21 azaldığı müəyyən edilib.

Məlumatlara görə, pilot tətbiqdə iştirak edən şirkətlərdə çalışanlar arasında narahatlıq, gərginlik və depressiyanın yüzdə 21, yorğunluğun yüzdə 23, tənhalıq hissinin isə yüzdə 14 azaldığı bildirilib. Belə ki, sınaqda iştirak edən şirkətlər həftəlik iş saatını 41,5 saatdan təqribən 12 faiz azaldıb, 36,5 saata endirib və işçilərinin maaşlarında heç bir dəyişiklik etməyiblər.

Pilot layihədə iştirak edən şirkətlərin 95 faizi bu sistemi hazırda faydalı hesab etdiklərini bildirsələr də, araşdırmanın 2024-cü ilin aprelində tamamlanacağı qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi