hia.az
hia.az

“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR

66 dəfə baxılıb 19-12-2023, 10:42

“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR

Dekabr ayının 19-u saat 09:00-dan etibarən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərə start verilib.

Seçkilər Birliyin inzibati binasında saat 14:00-dək davam edəcək. Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu nümayəndələri yer alır. Şəffaflığın təmin olunması məqsədi ilə seçki prosesi “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriyaya təqdim edilir.

Məlumat üçün bildirək ki, seçki prosesinə 2023-cü ilin oktyabr ayının 27-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı noyabr ayının 28-dək davam edib. Ümumilikdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 7 üzv yerinə 23 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 299 nəfər səsvermə hüququ əldə edib.
“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR
“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR
“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR
“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR
“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR
“Azəriqaz” yanında İctimai Şuraya seçki keçirilir - FOTOLAR


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi