hia.az
hia.az

Bərdənin raket atəşinə tutulmasından üç il keçir

65 dəfə baxılıb 27-10-2023, 06:48

Bərdənin raket atəşinə tutulmasından üç il keçir

Bu gün Bərdə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından üç il keçir.

2020-ci il oktyabrın 27-də Ermənistan ordusu Bərdə rayonunun Qarayusifli kəndinə, 2020-ci ilin oktyabrın 28-də isə Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirib.

Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, oktyabrın 27-də beş nəfər həlak olub, 13 nəfər yaralanıb. Oktyabrın 28-də isə 21 nəfər dinc sakin həlak olub, 105 nəfər yaralanıb.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.

26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi